Türkiyə "Qalatasaray"ının ev oyunlarını keçirdiyi "NEF Stadionu" Ginnesin Rekordlar Kitabına düşüb.
"Report" İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, idman obyekti günəş enerjisi ilə işləyən ən güclü arena seçilib.
Qeyd edək ki, 2011-ci il yanvarın 11-də istifadəyə verilən "NEF Stadionu" 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 000 000 avroya başa gəlib.