"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb

"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyib
Futbol
5 Dekabr , 2021 11:00
Qalatasarayın sabiq futbolçusu Braziliya klubundan ayrılıb

Braziliyanın "Palmeyras" klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.

"Report" Sao Paulo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda 3 dəfə ölkə çempionu olmuş Felipe Melo 2016-cı ildən "Palmeyras"ın formasını geyinir. Təcrübəli oyunçu 2018-ci ildə Braziliya A Seriyasını, 2020 və 2021-ci illərdə Libertadores Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi