"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir

"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub
Futbol
330
27 Oktyabr , 2021 17:54
Qalatasarayın qapıçısı millidəki karyerasını bitirir
Fernando Muslera

Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.

Təcrübəli oyunçu sıx qrafiklə əlaqədar ailəsinə vaxt ayıra bilməməsi ucbatından bu addımı atır.

Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir. O, komandanın heyətində 129 qarşılaşmada meydanda olub.

Son xəbərlər

Orphus sistemi