"Beşiktaş" və "Qalatasaray"ın oyununun saatı hava şəraitinə görə dəyişdi

"Beşiktaş" və "Qalatasaray"ın oyununun saatı hava şəraitinə görə dəyişdi "Genclerbirliyi" - "Beşiktaş" oyunu da erkən saata salınıb
Futbol
12 Fevral , 2021 16:43
Beşiktaş və Qalatasarayın oyununun saatı hava şəraitinə görə dəyişdi

Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan daha bir oyunun başlama saatı dəyişdirilib.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Genclerbirliyi" - "Beşiktaş" oyunu da erkən saata salınıb.

Buna səbəb həftəsonu paytaxt Ankarada güclü qar yağışının gözlənilməsidir. Fevralın 15-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

16:31

Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağışının gözlənilməsidir.

Fevralın 14-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

Son xəbərlər

Orphus sistemi