"Qalatasaray"ın məşqçiləri və futbolçusunda koronavirus aşkarlanıb

Futbol
  • 06 yanvar, 2022
  • 14:39
Qalatasarayın məşqçiləri və futbolçusunda koronavirus aşkarlanıb

Türkiyənin "Qalatasaray" komandasında koronavirusa yoluxma halları aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin məşqçiləri Selçuk İnan və Cihan Ünaldan, həmçinin yarımmüdafiəçi Taylan Antalyalıdan COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxıb.

Hər 3 şəxs komandadan təcrid olunaraq, karantinə alınıb.

44 filmi