"Qalatasaray"ın hücumçusu zədələndi

"Qalatasaray"ın hücumçusu zədələndi Türkiyənin Qalatasaray klubunun futbolçusu Radamel Falkao zədələnib.
Futbol
22 İyun , 2020 17:01
Qalatasarayın hücumçusu zədələndi

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Radamel Falkao zədələnib. 

"Report" İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. 

Kolumbiyalı forvardın müalicəsinə başlanılıb. Lakin onun bərpa müddəti açıqlanmayıb. 

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının XXVIII turunda evdə "Qaziantep"lə heç-heçə edib - 3:3. Falkao matçın 81-ci dəqiqəsində əvəzlənib. Onun bu görüşdə zədələndiyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi