"Qalatasaray"ın futbolçusu Rayan Babel "Ayaks"a qayıdıb

"Qalatasaray"ın futbolçusu Rayan Babel "Ayaks"a qayıdıb Türkiyənin Qalatasaray klubunun futbolçusu Rayan Babel yenidən sabiq komandası Ayaksa qayıdıb.
Futbol
124
8 Yanvar , 2020 20:49
Qalatasarayın futbolçusu Rayan Babel Ayaksa qayıdıb

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rayan Babel yenidən sabiq komandası "Ayaks"a qayıdıb.

"Report"un məlumatına görə, hollandiyalı hücumçu 6 aylığına Amsterdam təmsilçisinə icarəyə verilib.

Futbolçunun özü də "Ayaks"a qayıtmaq üçün fədakarlıq edib. "Qalatasaray"la 2022-ci ilə qədər müqaviləsi olan Babel maaşının bir qismini İstanbul klubuna bağışlamağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Babel 2004-2007 və 2012-2013-cü illərdə "Ayaks"ın şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi