"Qalatasaray"ın futbolçusu əsgərliyə çağırıldı

"Qalatasaray"ın futbolçusu əsgərliyə çağırıldı Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kerem Aktürkoğlu hərbi xidmətə çağırılıb.
Futbol
28 Yanvar , 2021 13:39
Qalatasarayın futbolçusu əsgərliyə çağırıldı
Kerem Aktürkoğlu

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kerem Aktürkoğlu hərbi xidmətə çağırılıb.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, çağırış son günə təsadüf etdiyindən, 23 yaşlı yarımmüdafiəçini əsgərlikdən saxlatdırmaq mümkün olmayıb.

Belədə ödənişli hərbi xidmət variantı da alınmadığından, klub rəhbərliyi Türkiyə Futbol Federasiyasına müraciət edəcək.

Problemin yoluna qoyulacağı gözlənilir.

Qeyd edək ki, Keram Aktürkoğlu "Qalatasaray"a ötən ilin sentyabrında aşağı liqa təmsilçisi "Erzincanspor"dan keçib.

Son xəbərlər

Orphus sistemi