Türkiyənin "Qalatasaray" komandası UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
"Report"un məlumatına görə, baş məşqçi Fatih Terim siyahıya 20 oyunçu cəlb edib. Bunlardan 14-ü legioner, 6-ı isə yerli futbolçulardır.
Qapıçılar: 1.Fernando Muslera (Uruqvay), 34.Okan Koçuk
Müdafiəçilər: 2.Şener Özbayraklı, 22.Mariano Ferreyra (Braziliya), 27.Kristian Luyindama (Konqo Demokratik Respublikası), 45.Markao (Braziliya), 19.Ömer Bayram, 55.Yuto Naqatomo (Yaponiya)
Yarımmüdafiəçilər: 6.Jan Mikael Seri (Kot dİvuar), 92.Stiven Nzonzi (Fransa), 99.Mario Lemina (Qabon), 8.Selçuk İnan, 89.Sofyan Fequli (Əlcəzair), 15.Rayan Donk, 11.Rayan Babel (hər ikisi Hollandiya), 10.Yones Belhanda (Mərakeş)
Hücumçular: 9.Radamel Falkao (Kolumbiya), 7.Adem Büyük, 23.Florin Andone (Rumıniya), 97.Emre Mor
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" (İspaniya), PSJ (Fransa) və "Brügge" (Belçika) ilə qarşılaşacaq.