"Qalatasaray"ın üç futbolçusunda koronavirus aşkarlandı

"Qalatasaray"ın üç futbolçusunda koronavirus aşkarlandı İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb
Futbol
27 Aprel , 2021 11:04
Qalatasarayın üç futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin "Qalatasaray" klubunun üç futbolçusu koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tvitter hesabı məlumat yayıb.

Testləri müsbət çıxan oyunçuların adları açıqlanmayıb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.

Qeyd edək ki, "Qalatasaray" Superliqanın növbəti turunda "Konyaspor"u qəbul edəcək. Görüş aprelin 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi