"Qalatasaray"ın 2 futbolçusu İtaliyanın "İnter" klubuna keçib

"Qalatasaray"ın 2 futbolçusu İtaliyanın "İnter" klubuna keçib Melo və Tellesin əvəzinə Qrosskröytslə Denayer trasfer edilib
Futbol
1 Sentyabr , 2015 09:47
Qalatasarayın 2 futbolçusu İtaliyanın İnter klubuna keçib

Bakı. 1sentyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçuları Felipe Melo ilə Aleks Telles İtaliya "İnter"inə keçib. "Report"un məlumatına görə, Melonun transferi "İnter"ə 3,7 milyon avroya başa gəlib.

Müxtəlif bonuslarla birgə "sarı-qırmızılar" 5,2 milyon avro irəli düşüb. Braziliyalı yarımmüdafiəçi "Cim-Bom"la müqaviləsini avqustda 2019-cu ilədək uzatmışdı. Amma özünü narahat hiss etməsi və əvvəllər "Qalatasaray"da da işləmiş "İnter"in hazırkı baş məşqçisi Roberto Mançininin israrı nəticəsində bu keçidə yay transfer dövrünün son günündə razılıq verilib. Melo Türkiyədə çıxış etdiyi 4 mövsüm ərzində 7 kubok qazanaraq, ən çox titul əldə edən braziliyalı ünvanına sahib çıxıb.

Telles isə icarəyə götürülüb. Onun 1 illik icarəsi 1,5 milyon avroya gerçəkləşib. Mövsümün sonunda "İnter" 23 yaşlı sol cinah yarımmüdafiəçini birdəfəlik almaq istəsə, 8,5 milyon avrosundan keçməli olacaq.

Öz növbəsində "Qalatasaray" Melo və Tellesin əvəzinə Almaniyanın "Borussiya" (Dormund) klubundan Kevin Qrosskröyts və İngiltərə "Mançester Siti"sindən Ceyson Denayeri trasfer edib. Belçika yığmasının müdafiəçisi 317 min funt sterlinq qarşılığında 1 illik icarəyə götürülüb. 20 yaşlı oyunçunun özünə isə 600 min funt əmək haqqı ödəniləcək. Almaniyanın "Borussiya" (Dortmund) klubundan alınan Qrosskröytsla bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.  

Son xəbərlər

Orphus sistemi