Türkiyənin "Qalatasaray" klubu iki yeni futbolçu transfer edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Sautgempton"undan Mario Leminanı heyətinə qatıb. 26 yaşlı qabonlu yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.
Son ölkə çempionu İngiltərənin "Brayton" klubundan isə rumıniyalı hücumçu Florin Andoneni transfer edib.
"Sarı-qırmızılar" həmçinin hücumçu Mbaye Diaqneni eyni müddətə Belçikanın "Brügge" klubuna icarəyə verib.
Qeyd edək ki, Lemina karyerası ərzində Fransanın "Loryen", "Marsel" və İtaliyanın "Yuventus" klubunun formasını geyinib.