"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.
Futbol
996
4 Sentyabr , 2021 16:32
Qalatasaraydan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.

"Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb.

La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayıb. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi