"Qalatasaray" daha bir futbolçu ilə anlaşdı

"Qalatasaray" daha bir futbolçu ilə anlaşdı "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.
Futbol
7 Sentyabr , 2020 23:54
Qalatasaray daha bir futbolçu ilə anlaşdı
Okay Yokuşlu

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.

"Report" DHA-ya istinadən xəbər verir ki, "sarı-qırmızılılar" İspaniyanın "Selta" komandasında çıxış edən Okay Yokuşlu ilə anlaşıb.

Klubla danışıqları davam etdirən "Cim-Bom" Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir. La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfdən 1,5 milyon avro tələb edir.

"Qalatasaray" bu gün İngiltərənin "Stok Siti" klubundan nigeriyalı hücumçu Oqenekaro Etebonu icarəyə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, "Neftçi" ilə "Qalatasaray" arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi