"Qalatasaray" daha 3 legioneri ilə vidalaşır

"Qalatasaray" daha 3 legioneri ilə vidalaşır İstanbul təmsilçisi yayda 3 oyunçusu ilə yollarını ayıracaq
Futbol
12 Mart , 2021 20:12
Qalatasaray daha 3 legioneri ilə vidalaşır

Türkiyənin "Qalatasaray" klubunun cari mövsümün sonunda vidalaşacağı futbolçular müəyyənləşib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda 3 oyunçusu ilə yollarını ayıracaq.

Bunlar uruqvaylı müdafiəçi Marselo Saraççi, nigeriyalı yarımmüdafiəçi Oqenekaro Etebo və onun həmyerlisi Valentin Ozornvafordur.

Qeyd edək ki, "Qalatasaray" 2 gün öncə legioneri Yunes Belhandanın müqaviləsini birtərəfli qaydada ləğv edib.

Son xəbərlər

Orphus sistemi