"Qalatasaray"da prezident seçkiləri ləğv olunub

"Qalatasaray"da prezident seçkiləri ləğv olunub Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.
Futbol
29 Aprel , 2022 12:16
Qalatasarayda prezident seçkiləri ləğv olunub

Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi