"Qalatasaray" braziliyalı futbolçu ilə yollarını ayırır

"Qalatasaray" braziliyalı futbolçu ilə yollarını ayırır Türkiyənin "Qalatasaray" klubu futbolçusu Qustavu Asunsan ilə yollarını ayırmaq istəyir.
Futbol
24 Noyabr , 2021 13:53
Qalatasaray braziliyalı futbolçu ilə yollarını ayırır
Qustavu Asunsan

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Qustavu Asunsan ilə yollarını ayırmaq istəyir.

"Report" "Fotomac"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 21 yaşlı yarımmüdafiəçinin çıxışından razı deyil.

"Sarı qırmızılar" mövsümün əvvəlində Portuqaliya "Famalikan"ından icarəyə götürülmüş braziliyalı oyunçunu qış transfer dönəmində klubuna qaytarmaq və bu mövqeyə başqa futbolçu almağı planlaşdırır.

Qeyd edək ki, Qustavu Asunsan Türkiyə Super Liqasında iki matçda meydanda olub.

Son xəbərlər

Orphus sistemi