KİV: "Qalatasaray" afrikalı hücumçu alır

KİV: "Qalatasaray" afrikalı hücumçu alır İngiltərənin "Lester" və Rusiyanın MOİK klubunun sabiq futbolçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirə bilər.
Futbol
3 Noyabr , 2020 20:06
KİV: Qalatasaray afrikalı hücumçu alır
Ahmed Musa

İngiltərənin "Lester" və Rusiyanın MOİK klubunun sabiq futbolçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" "Fotomac"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Qalatasaray"a keçməyə çox yaxındır. Musanın qış transfer dönəmində İstanbul təmsilçisinə transfer olunacağı gözlənilir.

Nigeriyalı forvard oktyabrda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləni ləğv edib. O, çempionatın səviyyəsi aşağı olduğu üçün motivasiyasını itirdiyini bildirib.

Qeyd edək ki, Ahmed Musa 2018-ci ildən "Əl-Nəsr"də çıxış edib. O, bütün turnirlər daxil olmaqla 55 oyunda meydanda olub, 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi