"Qalatasaray" 4 futbolçusu ilə vidalaşdı, 8-nin müqaviləsi başa çatır

"Qalatasaray" 4 futbolçusu ilə vidalaşdı, 8-nin müqaviləsi başa çatır Fatih Terimin taleyinin bəlli olmaması klubun transfer planlarını alt-üst edib
Futbol
17 May , 2021 10:04
Qalatasaray 4 futbolçusu ilə vidalaşdı, 8-nin müqaviləsi başa çatır

Türkiyə "Qalatasaray"ında baş məşqçi Fatih Terimin taleyinin bəlli olmaması klubun transfer planlarını alt-üst edib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisində 12 futbolçunun müqaviləsi başa çatır.

"Sarı-qırmızılar"da icarə əsasında çıxış edən Halil Dervişoğlu, Gedson Fernandeş, Marselo Saraççi və Oqenekaro Etebo ilə yollar ayrılıb.

Digər tərəfdən, icarəyə götürülmüş Henri Onyekurunun "sonradan uzadıla bilməsi şərti ilə" maddəsindən istifadə edilib-edilməyəcəyi bəlli deyil.

Komandada Arda Turan, Rayan Donk, Ömər Bayram, Martin Linnes, Şener Özbayraklı, Emre Akbaba və Emre Taşdemirin sözləşmələri mayın 31-də bitir. Bu futbolçuların da hər hansı biri ilə bağlı qərar verilməyib.

Qeyd edək ki, "Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldən verib.

Son xəbərlər

Orphus sistemi