FİFA20 Milli Liqasında mübarizə gərginləşir

FİFA20 Milli Liqasında mübarizə gərginləşir “Gaming League Azerbaijan” (GLA), Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi FİFA20 Milli Liqasının 16 turu arxada qalıb.
Futbol
1 May , 2020 12:48
FİFA20 Milli Liqasında mübarizə gərginləşir

“Gaming League Azerbaijan” (GLA), Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi FİFA20 Milli Liqasının 16 turu arxada qalıb.

GLA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Nakhchivan Alinja Tower” komandasının turnir cədvəlində liderliyi davam etdirdiyi vaxtda, ən yaxın rəqibləri arasında mübarizə daha da gərginləşməyə başlayıb.

Aktivində 38 xalı olan və 2-ci sırada qərarlaşan “Kalbacar Wolves” kollektivini, onlardan cəmi 1 xal geri qalan “Karabakh Horses” qarabaqara izləyir. Son 4 turda yalnız 1 dəfə məğlub olan “Shaki Khans” klubu, xallarının sayını 34-ə çatdıraraq favoritlər arasına təsadüfən düşmədiyini sübut edib. Ardıcıl 3 görüşdə məğlub olaraq rəqiblərini özündən irəli buraxan “Sumqayit Peacekeepers” 32 xalla ilk beşliyi təşkil edir.

Qeyri-sabit oyunu ilə yadda qalan “Gobustan Stones” və uğursuz starta baxmayaraq özünü toparlamağı bacaran “Old City White Pants” kollektivləri, müvafiq olaraq 6 və 7-ci sıralarda məskunlaşıblar. 16 tura 26 xalla kifayətlənən “Khizi Mountains” 8-ci pillənin sahibidir. Liqanın ortabablarına gəlincə, geridə qalan 4 turda aktivinə cəmi 2 xal yazdıra bilən “Qakh Berkuts” 23 xalla 9-cu sıraya nəzarət edir.

Növbəti 2 pilləni bölüşən “Ganja Poets” və “Shamakhi Lions” isə hərəyə 22 xal toplamağa nail olublar. Turnir cədvəlinin növbəti sıralarında autsayderlər qrupuna düşməmək və növbəti mövsümdə də liqada iştirakı davam etdirmək uğrunda ölüm-qalım mübarizəsi başlanıb. Turnir cədvəlinin 12-ci pilləsi ilə 19-cusu arasında xal fərqinin cəmi 6-ya bərabər olması isə mövsümün qalan turlarının da həyəcanlı keçəcəyini göstərir.

FİFA20 Milli Liqasının növbəti turları 2-3 mayda keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

https://www.twitch.tv/glahub

Son xəbərlər

Orphus sistemi