Putin ad günündə hokkey oynayıb - FOTO

Putin ad günündə hokkey oynayıb - FOTO Rusiya prezidenti "NHL ulduzları" komandasında çıxış edir
Futbol
7 Oktyabr , 2015 17:24
Putin ad günündə hokkey oynayıb - FOTO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin öz ad günündə Soçidəki "Şayba" arenasında buz üzərinə çıxıb. "Report"un məlumatına görə, V.Putin həmin arenada məşhur hokkeyçilər və Gecə Hokkeyi Liqası iştirakçıları arasındakı görüşə qatılıb. 

O, 11 nömrəli forma ilə çıxış edib. Azarkeşlər tribunadan "Ad günün mübarək" deyə qışqırıblar. Dövlət başçısı "NHL ulduzları" komandasında çıxış edir. 

Qeyd edək ki, Gecə Hokkeyi Liqası 2011-ci ilin dekabrında Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiya prezidenti liqanın qala-matçlarında dəfələrlə iştirak edib. 

Son xəbərlər

Orphus sistemi