"Pünik"in baş məşqçisi futbolçusunu döydü

"Pünik"in baş məşqçisi futbolçusunu döydü Onların münasibətləri ölkə çempionatının "Pünik" - "Ararat-Armeniya" matçında korlanıb
Futbol
22 May , 2021 01:36
Pünikin baş məşqçisi futbolçusunu döydü

Ermənistan "Pünik"inin baş məşqçisi Yegişe Melikyan komandanın futbolçusu Anton Kobyalkonu döyüb.

"Report"un "Çempionat" nəşrinə istinadən məlumatına görə, hadisə Yerevandakı Zvartnots aeroportunda baş verib.

Onların münasibətləri ölkə çempionatının "Pünik" - "Ararat-Armeniya" matçında korlanıb. Nəticədə klub rusiyalı hücumçunun mayın sonunda bitməli olan müqaviləsini vaxtından əvvəl pozub.

Rusiyaya getməmişdən əvvəl Kobyalko kollektivlə vidalaşmaq üçün klubun bazasına gəlib. O, baş məşqçi ilə sağollaşmağa gələndə oyun zamanı ana söyüşü söydüyü üçün üzr istəməsini xahiş edib. Rədd cavabı alan 35 yaşlı forvard baş məşqçiyə bütün komandanın gözü qarşısında şillə atıb və bazadan hava limanına gedərək gizlənib.

Aeroportda onu Melikyanla yanaşı, "Pünik"in baş direktorunun müavini, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Kim Arakelyan qovub və insanların gözləri qarşısında döyüb. Yerə sərilən hücumçu başından çoxsaylı zərbələr alıb. Kobyalko polis idarəsində ifadə verməkdən imtina edib və Rusiyaya uçub.

Son xəbərlər

Orphus sistemi