​PSJ səfərdə "Çelsi"ni məğlub edərək ÇL-nın 1/4 finalına vəsiqə qazanıb

​PSJ səfərdə "Çelsi"ni məğlub edərək ÇL-nın 1/4 finalına vəsiqə qazanıb Parislilər 31-ci dəqiqədən matçı on nəfərlə davam etdiriblər
Futbol
577
12 Mart , 2015 02:54
​PSJ səfərdə Çelsini məğlub edərək ÇL-nın 1/4 finalına vəsiqə qazanıb

Bakı. 12 mart. REPORT.AZ/ PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində London "Çelsi"sinin qonağı olub.

"Report" xəbər verir ki, oyunun əsas hissəsi 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Əlavə olunmuş dəqiqələrdə komandalar hərəyə bir dəfə fərqlənib və vurulan ikinci qol sayəsində Fransa klubu 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Matçın 31-ci dəqiqəsində PSJ-nin lideri Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qovulub. 81-ci dəqiqədə Qari Kehill "Çelsi"ni hesabda irəli çıxarıb. Lakin 86-cı dəqiqədə qonaqlar David Luisin qolu ilə hesabı bərabərləşdiriblər. Əlavə olunmuş dəqiqələrdə Eden Azar komandasının üstünlüyünü bərpa edib. Lakin tezliklə Tyaqo Silva tarazlıq yaradıb. Və səfərdə vurulan ikinci qola görə PSJ növbəti mərhələyə keçən tərəf olub.

Çempionlar Liqası. 1/8 final. 2-ci oyun

"Çelsi" (London, İngiltərə) – PSJ (Paris, Fransa) – 2:2 (artırma)

Qollar: Kehill, 81 (1:0); David Luis, 86 (1:1); Azar, 96 (2:1, pen); Tyaqo Silva, 114 (2:2).

Son xəbərlər

Orphus sistemi