PSJ rəhbərliyi baş məşqçiyə iki oyunluq vaxt verib
Futbol
- 04 aprel, 2023
- 08:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubunun rəhbərliyi baş məşqçi Kristofer Qaltyeyə postunda qalması üçün iki oyunluq vaxt verib.
"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin gələcəyi qarşıdakı matçlardan asılıdır.
Liqa çempionluğu təhlükə altında olacağı təqdirdə Qaltye istefaya göndəriləcək.
Bu, baş verməsə belə, fransalı baş məşqçinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Paris təmsilçisi aprelin 8-də "Nitsa", növbəti həftə isə "Lans"la üz-üzə gələcək.
Qeyd edək ki, PSJ hazırda Liqa 1-də 66 xalla liderdir. "Marsel" və "Lans" 60 xalla növbəti sıraları bölüşdürürlər.
Son xəbərlər
17:46
Azərbaycan Çexiyaya neft satışından qazancını 39 % artırıb
Energetika
17:40
Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb
Hadisə
17:36
UEFA "Beşiktaş" – "Hapoel" matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edib
Futbol
17:36
İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlanıb
Digər ölkələr
17:18
Qoşqar Təhməzli Ağdamda vətəndaşları qəbul edəcək
Daxili siyasət
17:17
Ahmet Temurci: "Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük"
İdman
17:13
Kostanyan: Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı təmaslar sülh üçün vacibdir
Region
17:06
Kristersson: Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb
Digər ölkələr
17:04
Foto
Azərbaycan və EPPEI əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Energetika