PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda qarşılaşacağı İspaniya Real Madridi ilə oyundan öncə ciddi problemlərlə üzləşib.
Futbol
16 Sentyabr , 2019 18:00
PSJ - Real Madrid matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda qarşılaşacağı İspaniya "Real Madrid"i ilə oyundan öncə ciddi problemlərlə üzləşib. 

"Report"un məlumatına görə, Paris təmsilçisinin əsas hücumçuları Kilian Mbappe və Neymarın qarşılaşmada iştirak etməyəcəyi dəqiqdir. Braziliyalı oyunçu cəzalı olduğu üçün fransalı hücumçu isə zədə səbəbindən komandasına kömək edə bilməyəcək. 

PSJ-nin digər hücumçusu Edison Kavani isə zədəsini bərpa edir. Uruqvaylı forvardın start heyətdə meydanda olmaq ehtimalı azdır. Komandanın zədəli yarımmüdafiəçisi Yulian Draksler də matçı buraxacaq. 

"Real Madrid"in heyətində isə Serxio Ramos və Naço cəzalı, Luka Modriç isə zədəlidir. İskonun isə oyunda iştirakı sual altındadır. 

Qeyd edək ki, PSJ - "Real Madrid" matçı sentyabrın 18-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi