PSJ prezidenti Mbappenin klubdakı gələcək aqibətinə aydınlıq gətirdi

PSJ prezidenti Mbappenin klubdakı gələcək aqibətinə aydınlıq gətirdi Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xəlafi bildirib ki, hücumçu Kilian Mbapppe komandanı tərk etməyəcək.
Futbol
7 İyun , 2021 06:19
 PSJ prezidenti Mbappenin klubdakı gələcək aqibətinə aydınlıq gətirdi
Kilian Mbappe

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xəlafi bildirib ki, hücumçu Kilian Mbapppe komandanı tərk etməyəcək.

“Report”un məlumatına görə, bu barədə “L Equipe” bildirib.

"Mən açıq deyəcəm: Mbappe Parisdə qalacaq, biz heç vaxt onu satmayacağıq və o heç vaxt bizim komandanı müstəqil agent kimi tərk etməyəcək. Parisdə Mbappe üçün lazım olan hər şey var. Ambisiyalar nöqteyi-nəzərindən hansı klub bu gün PSJ ilə rəqabət apara bilər?" - Əl-Xəlaifi deyib.

Qeyd edək ki, PSJ-nin Mbappe ilə müqavilənin müddətinin uzadılması haqqında razılığa gələ bilməməsi barədə məlumat yayılıb. Bildirilir ki, klub hücumçunu 140-150 milyon avroya satmağa hazırdır. Futbolçu ilə İspaniyanın “Real Madrid” komandası da maraqlanır.

Mbappe PSJ-də 2018-ci ildən çıxış edir. O, komandaya "Monako"dan keçib. Futbolçunun komandayla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi