PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq

Futbol
  • 09 yanvar, 2024
  • 19:55
PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq

PSJ futbol klubunun prezidenti Nasser Əl-Xelayfi komandanın hücumçusu Kilian Mbappe ilə cari mövsümün sonunda müqavilə müddətini uzatmaq barədə razılığa gəldiyini bildirib.

Bu barədə “Report” “RMC Sport”a istinadən xəbər verir.

“Kilian təkcə əla futbolçu deyil, həm də yaxşı insandır. Əvvəldə dediyi kimi, mənimlə müəyyən razılaşması var. Bütün detallar və nüanslar sırf bizim aramızda qalacaq, onları açıqlamaq istəmirəm. Ancaq həqiqətən razılaşma var. Bu, daha çox centlmen xarakteri daşıyır və pulla bağlı deyil. Fikrimcə, bu, sadəcə, imzalanmış bir sənəddən daha əhəmiyyətlidir”, - PSJ klubunun prezidenti deyib.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.

“Transfermarkt” portalına görə futbolçunun təxmini qiyməti 180 milyon avrodur.

Son xəbərlər

Bütün Xəbər Lenti