PSJ prezidenti İskonun agenti ilə görüşüb

PSJ prezidenti İskonun agenti ilə görüşüb Bakı. 29 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubu İspaniyanın Realının yarımmüdafiəçisi İskoya maraq göstərir.
Futbol
29 Dekabr , 2018 06:54
PSJ prezidenti İskonun agenti ilə görüşüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubu İspaniyanın "Real"ının yarımmüdafiəçisi İskoya maraq göstərir.

"Report" "Paris United" nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Paris klubunun prezidenti Nassir əl-Helaifi futbolçunun həm atası, həm də agenti olan Pako Alarkonla görüşüb.

İsko komandanın yeni baş məşqçisi Santyaqo Solari ilə aralarında yaşanan münaqişə səbəbindən "Real"ı tərk etmək istəyir. Buna görə atası "Barselona", "Yuventus", "Mançester Yunayted və "Çelsi" kimi klublarla əlaqə saxlayıb. Lakin futbolçunun Paris klubuna maraq göstərdiyi bildirilir.

İskonun "Real" ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

Daha əvvəl İskonun səhhətində problem yarandığı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi