PSJ-nin ulduz futbolçusu zədələnib

PSJ-nin ulduz futbolçusu zədələnib Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisinin düşərgəsindən zədəli qayıdıb.
Futbol
18 Noyabr , 2021 23:48
PSJ-nin ulduz futbolçusu zədələnib

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisinin düşərgəsindən zədəli qayıdıb.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, tibbi müayinədən keçən 29 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.

Təcrübəli forvardın bu səbəbdən "Nant"a qarşı Liqa 1 matçını buraxacağı dəqiqdir. Onun İngiltərənin "Mançester Siti" klubu ilə UEFA Çempionlar Liqasının qrup oyununda meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Zədəsini yenicə sağaldan Serxio Ramos, Marko Verratti və Presnel Kimpempenin isə qarşıdakı görüşdə oynayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi