PSJ transferlərə cəmi 70 milyon avro ayırdı

PSJ transferlərə cəmi 70 milyon avro ayırdı Fransanın PSJ klubunun yay transfer dönəmində xərcləmək istədiyi məbləğ bəlli olub.&
Futbol
2 İyul , 2020 17:47
PSJ transferlərə cəmi 70 milyon avro ayırdı

Fransanın PSJ klubunun yay transfer dönəmində xərcləmək istədiyi məbləğ bəlli olub. 

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik 70 milyon avro ayırmaq niyyətindədir.  

Az məbləğə baxmayaraq, paytaxt klubu sağ cinah və mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu əldə etməyə çalışır. 

PSJ mərkəz müdafiəçisi mövqeyində İngiltərənin "Çelsi" klubundan Kurt Zumanı görmək istəyir. London təmsilçisi futbolçusu üçün 30 milyon avro tələb edir.

Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi