PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq

PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib.
Futbol
14 Oktyabr , 2021 14:15
PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq
Keylor Navas

Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib.

"Report"un məlumatına görə, 35 yaşlı qolkiper ABŞ-a 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda sıradan çıxıb.

Navas əzələsindəki problem səbəbindən fasilədə əvəzlənib. Təcrübəli oyunçu Parisə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək.

O, oktyabrın 15-də Fransa Liqa 1-in X turunda Anje ilə matçı və oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniya "Leyptsiq"i ilə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 6 qarşılaşmada meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi