PSJ-nin hücumçusu "əsrin hədəfdən yayınması"na imza atıb - VİDEO

PSJ-nin hücumçusu "əsrin hədəfdən yayınması"na imza atıb - VİDEO PSJ klubunun futbolçusu Erik Maksim Şupo-Motinq Fransa Liqasının XXXI turunda Strasburqla oyun zamanı inanılmaz yanlışlığa yol verib.
Futbol
104
8 Aprel , 2019 09:28
PSJ-nin hücumçusu əsrin hədəfdən yayınmasına imza atıb  - VİDEO

PSJ klubunun futbolçusu Erik Maksim Şupo-Motinq Fransa Liqasının XXXI turunda "Strasburq"la oyun zamanı inanılmaz yanlışlığa yol verib.

"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşmada hücumçu rəqib qapısına daxil olmaqda olan topu tora göndərmək əvəzinə dirəyə tərəf istiqamətləndirib. Nəticədə top "Strasburq" oyunçularının əlinə keçib. Matçın şərhçiləri belə halla heç vaxt rastlaşmadıqlarını bildirərək, bunu bütün dövrlərin ən pis hədəfdən yayınması adlandırıblar.

Qeyd edək ki, Erik Maksim Şupo-Motinq PSJ-yə ötən yay "Stok Siti"dən azad agent qismində keçib. 30 yaşlı forvard bu mövsüm 17 oyuna 2 qol vurub. 

Son xəbərlər

Orphus sistemi