PSJ-nin futbolçusu: "Ronaldu bu komandada oynamaq üçün ölür"

PSJ-nin futbolçusu: "Ronaldu bu komandada oynamaq üçün ölür" Fransanın PSJ klubunun futbolçusu Anxel di Mariya İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun Paris təmsilçisində oynamaq arzusundan danışıb.
Futbol
14 Avqust , 2021 14:43
PSJ-nin futbolçusu: Ronaldu bu komandada oynamaq üçün ölür

Fransanın PSJ klubunun futbolçusu Anxel di Mariya İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun Paris təmsilçisində oynamaq arzusundan danışıb.

"Report"un məlumatına görə, argentinalı yarımmüdafiəçi "TyC Sports"a açıqlamasında 36 yaşlı hücumçunun bu komandanın formasını geyinməyi çox istədiyini bildirib.

Onun sözlərinə görə, portuqaliyalı forvard PSJ-də oynamaq üçün ölür: "Oyunçularımızın səviyyəsi inanılmazdır. Belə şeylər tez-tez olmur. Böyük futbolçular ən yaxşılarla oynamaq istəyirlər. Əlbəttə, Ronaldu da burada olmaq istəyərdi. Amma PSJ Messini aldı. Fikrimcə, bu, daha yaxşıdır".

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi