PSJ-nin futbolçusu "Barselona"ya keçməyə razılıq verib

PSJ-nin futbolçusu "Barselona"ya keçməyə razılıq verib Bakı. 20 noyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Adrian Rabyo yayda İspaniya Barselonasına keçməyə razılıq verib.
Futbol
20 Noyabr , 2018 14:22
PSJ-nin futbolçusu Barselonaya keçməyə razılıq verib

Bakı. 20 noyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Adrian Rabyo yayda İspaniya "Barselona"sına keçməyə razılıq verib. 

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisinin nümayəndələri ilə danışığı müsbət yekunlaşıb.  

Qeyd edək ki, Rabyo 2012-ci ildən PSJ-də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə ölkə çempionatının qalibi olub. Yarımmüdafiəçinin Paris təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi