PSJ-nin futbolçularında koronavirus aşkarlandı

PSJ-nin futbolçularında koronavirus aşkarlandı "Pari Sen-Jermen" futbol komandasının yarımmüdafiəçisi Marko Verratti və müdafiəçi Abdu Diallo koronavirusa yoluxublar.
Futbol
30 Yanvar , 2021 04:01
 PSJ-nin futbolçularında koronavirus aşkarlandı

"Pari Sen-Jermen" futbol komandasının yarımmüdafiəçisi Marko Verratti və müdafiəçi Abdu Diallo koronavirusa yoluxublar.

“Report”un məlumatına görə, bu barədə “Get French Football News” bildirib.

Qeyd edilir ki, hər iki oyunçunun son COVID-19 testlərinin nəticəsi müsbət olub.

PSJ 21 matçda 45 xal yığaraq Fransa çempionatının yarış cədvəlində birinci yer tutub. “Parislilər” əvvəlki matçda "Monpelye"ni 4:0 hesabı ilə darmadağın edib.

PSJ sabah Birinci Liqanın 22-ci turunun matçında səfərdə "Loryan"la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi