PSJ-nin daha bir futbolçusu koronavirusa yoluxdu

PSJ-nin daha bir futbolçusu koronavirusa yoluxdu Fransanın PSJ komandasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb
Futbol
5 Aprel , 2021 12:27
PSJ-nin daha bir futbolçusu koronavirusa yoluxdu
Alessandro Florentsi

Fransanın PSJ komandasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb.

"Report" klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Alessandro Florentsinin test nəticəsi müsbət çıxıb.

Dərhal karantinə alınan 30 yaşlı italiyalı yarımmüdafiəçinin müalicəsinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl PSJ-nin digər yarımmüdafiəçisi Marko Verratti virusa yoluxub.

Son xəbərlər

Orphus sistemi