PSJ Messini transfer etmək istədiyini təsdiqlədi

PSJ Messini transfer etmək istədiyini təsdiqlədi Fransanın PSJ klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək.
Futbol
813
29 Avqust , 2020 13:03
PSJ Messini transfer etmək istədiyini təsdiqlədi

Fransanın PSJ klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək. 

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib. Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar. 

Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlaqə saxlayıb. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. 

Orphus sistemi