PSJ Mbappeyə ildə 32 milyon avro təklif etdi

PSJ Mbappeyə ildə 32 milyon avro təklif etdi Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə 2026-cı ilədək yeni müqavilə təklif edib.
Futbol
23 İyul , 2021 10:00
PSJ Mbappeyə ildə 32 milyon avro təklif etdi
Kilian Mbappe

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə 2026-cı ilədək yeni müqavilə təklif edib.

"Report"un məlumatına görə, bu barədə "La Gazzetta dello Sport"un jurnalisti Nikola Skira şəxsi tvitter səhifəsində yazıb. O, Paris təmsilçisinin 22 yaşlı hücumçuya ildə 32 milyon avro əmək haqqı ödəməyə hazır olduğunu bildirib.

Daha əvvəl AS nəşri Mbappenin İspaniya "Real Madrid"indən təklif gözlədiyini və 30 iyun 2022-ci ildə bitəcək hazırkı müqaviləsini uzatmaq niyyətində olmadığını yazıb.

Qeyd edək ki, Kilian Mbappe PSJ-də 2018/2019 mövsümündən çıxış edir. Ötən mövsüm fransalı hücumçu klubda 47 oyuna 42 qol vurub və 11 məhsuldar ötürmə verib. O, Paris komandası ilə 3 dəfə Fransa çempionluğu, hərəyə 2 dəfə ölkə kuboku və Superkubok qazanıb.

Son xəbərlər

Orphus sistemi