PSJ "Liverpul"dan ayrılan futbolçunu heyətinə qatdı

PSJ "Liverpul"dan ayrılan futbolçunu heyətinə qatdı Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
10 İyun , 2021 17:04
PSJ Liverpuldan ayrılan futbolçunu heyətinə qatdı
Corcinyo Veynaldum

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" Paris təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, son mövsümü İngiltərə "Liverpul"unda keçirən Corcinyo Veynaldumla müqavilə imzalanıb.

31 yaşlı niderlandlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Corcinyo Veynaldum 2016-cı ildən "Liverpul"da çıxış edib. O, Fransa təmsilçisinə azad agent kimi keçib.

Son xəbərlər

Orphus sistemi