PSJ Fransa çempionatının autsayderinə uduzdu

PSJ Fransa çempionatının autsayderinə uduzdu Fransanın futbol üzrə Birinci Liqasının XXIX turunun matçında "Pari Sen-Jermen" (PSJ) komandası "Nant"ı qəbul edib
Futbol
15 Mart , 2021 04:30
PSJ Fransa çempionatının autsayderinə uduzdu

Fransanın futbol üzrə Birinci Liqasının XXIX turunun matçında "Pari Sen-Jermen" (PSJ) komandası "Nant"ı qəbul edib.

“Report”un məlumatına görə, görüş Parisdəki "Park-de-Prens" stadionunda keçirilib və 1:2 hesabı ilə yekunlaşıb.

PSJ birinci hissədə tam üstünlüyə malik olub. Qarşılaşmada hesabı 42-ci dəqiqədə Yulian Draksler açıb. Görüşün ikinci yarısında ərazi üstünlüyü “parislilər”in tərəfində olsa da, "Nant" hücumlarının məzmunluğu baxımdan üstün görünüb.

Beləliklə, 59-cu dəqiqədə qonaqların mərkəz hücumçusu Randal Kolo Muani hesabı bərabərləşdirib. Matçın 71-ci dəqiqəsində isə Moyzes Simon "Nant"ı hesabda irəli çıxarıb. PSJ oyunun sonlarında hücum təşkil etməyə çalışsa da, bu, nəticəsiz qalıb.

PSJ 29 matçda 60 xal yığaraq və Birinci Liqanın yarış cədvəlində 2-ci yer tutur. "Nant" 27 xalla 18-ci yerdə qərarlaşıb. Fransa çempionatına “Lill” liderlik edir. Komandanın 63 xalı var.

Son xəbərlər

Orphus sistemi