PSJ-də 4 nəfər koronavirusa yoluxdu

PSJ-də 4 nəfər koronavirusa yoluxdu “Pari Sen-Jermen” (PSJ) futbol klubu özünün rəsmi saytında məşqlərin bərpası ərəfəsində komandada koronavirusa dörd yoluxma halının aşkarlanması haqqında bildirib.
Futbol
24 İyun , 2020 00:04
PSJ-də 4 nəfər koronavirusa yoluxdu

“Pari Sen-Jermen” (PSJ) futbol klubu özünün rəsmi saytında məşqlərin bərpası ərəfəsində komandada koronavirusa dörd yoluxma halının aşkarlanması haqqında bildirib.

"Report"un məlumatına görə, komandanın üç futbolçusunun və məşqçi qərargahının bir nümayəndəsinin COVID-19 testləri müsbət olub.

"Onlar təcridetmədə olarkən və bir-biri ilə ünsiyyətdə olmayanda yoluxma simptomları göründü. Hazırda onlar yoluxucu deyillər və məşqləri davam etdirə bilər”, - Paris klubunun bəyanatında deyilir.

Xatırladaq ki, koronavirus infeksiyası pandemiyasına görə Fransa çempionatında 2019/2020-ci il mövsümü vaxtından əvvəl başa çatıb, PSJ ölkə çempionu elan edilib. Fransanın Birinci Liqasında yeni mövsümünün başlanması avqustun 22-ə planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi