PSJ daha bir futbolçusu ilə yeni müqavilə imzalayır

PSJ daha bir futbolçusu ilə yeni müqavilə imzalayır Paris təmsilçisi almaniyalı yarımmüdafiəçi Yulian Drakslerlə yeni sözləşmə imzalayacaq
Futbol
10 May , 2021 11:59
PSJ daha bir futbolçusu ilə yeni müqavilə imzalayır
Yulian Draksler

Fransanın PSJ klubu Neymardan sonra daha bir futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi almaniyalı yarımmüdafiəçi Yulian Drakslerlə yeni sözləşmə imzalayacaq.

Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək kiŞ Yulian Draksler 2017-ci ildən PSJ-də çıxış edir.

Son xəbərlər

Orphus sistemi