PSJ Buffonla müqavilənin müddətini uzadacaq

PSJ Buffonla müqavilənin müddətini uzadacaq Fransanın PSJ klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadacaq.
Futbol
29 Mart , 2019 13:15
PSJ Buffonla müqavilənin müddətini uzadacaq

Fransanın PSJ klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadacaq.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 41 yaşlı qolkiper 2019-2020 mövsümünün sonuna qədər Paris təmsilçisinin şərəfini qoruyacaq. Sözləşmənin şərtlərinə əsasən, təcrübəli oyunçu yeni mövsümdə 8 milyon avro qazanacaq. Bonuslarla birlikdə bu məbləğ 10 milyon avroya qədər artacaq.

Qeyd edək ki, İtaliya yığmasının heyətində dünya çempionu olan Buffon 2018-ci ilin iyulunda "Yuventus"dan PSJ-ə keçib. O, Paris təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi