PSJ - "Bavariya" matçının hakimləri açıqlandı

PSJ - "Bavariya" matçının hakimləri açıqlandı Almaniyanın "Bavariya" və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. 
Futbol
20 Avqust , 2020 17:02
PSJ - Bavariya matçının hakimləri açıqlandı
Daniel Orsato

Almaniyanın "Bavariya" və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq. 

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi