PSJ "Barselona"nın Neymarla bağlı təklifini rədd etdi

PSJ "Barselona"nın Neymarla bağlı təklifini rədd etdi İspaniya "Barselona"sı Neymarın transferi ilə bağlı Fransanın PSJ klubuna təklif göndərib
Futbol
156
1 May , 2021 11:26
PSJ Barselonanın Neymarla bağlı təklifini rədd etdi
Neymar

İspaniya "Barselona"sı Neymarın transferi ilə bağlı Fransanın PSJ klubuna təklif göndərib.

"Report"un RAC1 telekanalına istinadən məlumatına görə, Paris klubunun qarşı tərəfə ilk cavabı mənfi olub.

Braziliyalı futbolçu Kataloniya təmsilçisinin yay pəncərəsində əsas transfer hədəfi hesab olunur. Lakin 29 yaşlı forvard keçmiş komandasına qayıtmaq ehtimalına şübhə ilə yanaşır. O, daha əvvəl PSJ ilə yeni müqavilə məsələsinin həll olunduğunu bildirib.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. O, cari mövsümdə Liqa 1-də meydana çıxdığı 14 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi