PSJ argentinalı futbolçu ilə yeni müqavilə bağladı

PSJ argentinalı futbolçu ilə yeni müqavilə bağladı Fransanın PSJ klubu futbolçusu Anxel Di Mariya ilə müqavilə müddətini uzadıb.
Futbol
12 Mart , 2021 22:33
PSJ argentinalı futbolçu ilə yeni müqavilə bağladı
Anxel Di Mariya

Fransanın PSJ klubu futbolçusu Anxel Di Mariya ilə müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər 2022-ci ilin iyununadək yeni sözləşmə imzalayıblar. Argentinalı yarımmüdafiəçinin əvvəlki sözləşməsi bu ilin yayınadək idi. "Transfermarkt" 33 yaşlı oyunçuya 28 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən PSJ formasını geyinir. Bu mövsüm təcrübəli futbolçu 25 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində Portuqaliyanın "Benfika", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Yunayted" və Argentinanın "Rosario" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi