PSJ 93-cü dəqiqədə vurduğu qolla "Napoli"yə məğlubiyyətdən qaçıb - NƏTİCƏLƏR

PSJ 93-cü dəqiqədə vurduğu qolla "Napoli"yə məğlubiyyətdən qaçıb - NƏTİCƏLƏR Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Futbol
25 Oktyabr , 2018 01:29
PSJ 93-cü dəqiqədə vurduğu qolla Napoliyə məğlubiyyətdən qaçıb - NƏTİCƏLƏR

Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

Günün mərkəzi görüşü Parisdə yerli PSJ ilə İtaliyanın "Napoli" komandaları arasında keçirilib. "Park de Prens" stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

"Napoli"nin heyətində vurulan qolların müəllifi Lorenso İnsinye, Dris Mertens və öz komandasını məyus edən Mariu Ruy olub. PSJ məğlubiyyətdən oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Anhel Di Mariyanın vurduğu qolla xilas olub.

Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

Çempionlar Liqası, III tur

A Qrupu

"Borussiya Dortmund" (Almaniya) – "Atletiko M" (İspaniya) - 4:0

Qollar: 1:0 – Vitsel – 38, 2:0 – Qerreyru – 73, 3:0 – Sanço – 83, 4:0 – Qerreyru – 89

"Brügge" (Belçika) – "Monako" (Fransa) - 1:1

Qollar: 0:1 – Silla – 31, 1:1 – Ugsli – 39

B Qrupu

"Barselona" (İspaniya) – "İnter" (İtaliya) - 2:0

Qollar: 1:0 – Rafinya – 32, 2:0 – Alba – 83

"PSV" (Niderland) – "Tottenhem" (İngiltərə) - 2:2

Qollar: 1:0 – Losano – 29, 1:1 – Lukas Moura – 39, 1:2 – Keyn – 54, 2:2 – de Yonq – 87

C Qrupu

"Liverpul" (İngiltərə) – "Srvena Zvezda" (Serbiya) - 4:0

Qollar: 1:0 – Firmino – 20, 2:0 – Salah – 45, 3:0 – Salah – 51 (pen), 4:0 – Mane – 80

PSJ (Fransa) – "Napoli" - 2:2

Qollar: 0:1 – İnsinye – 29, 1:1 – Ruy – 61 (avtoqol), 1:2 – Mertens – 77, 2:2 – Di Mariya – 90+3

D Qrupu

"Lokomotiv" (Rusiya) – "Portu" (Portuqaliya) - 1:3

Qollar: 0:1 – Mareqa – 26 (pen), 0:2 – Errera – 35, 1:2 – Mirançuk – 38, 1:3 – Korona – 47

"Qalatasaray" (Türkiyə) – "Şalke-04" (Almaniya) - 0:0

Çempionlar Liqasının III turuna ötən gün start verilib.

Son xəbərlər

Orphus sistemi