Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki Topaz Premyer Liqasının XIV turunun 3 oyununu izləyəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis noyabrın 29-da “Bakı” - “İnter” və “Neftçi" - “Qəbələ” oyunlarına canlı tamaşa edəcək.
Ertəsi gün isə o, Zaqatalada “Simurq” və “Qarabağ” komandaları arasındakı qarşılaşmaya baxacaq.
Qeyd edək ki, Azərbaycan yığmasında baş məşqçi təyinatı dekabrın 3-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında həllini tapacaq.