Prosineçki Sloveniya klubunda qələbə ilə debüt edib

Prosineçki Sloveniya klubunda qələbə ilə debüt edib Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Sloveniyanın "Olimpiya" komandasına qayıdıb.
Futbol
26 Mart , 2022 11:53
Prosineçki Sloveniya klubunda qələbə ilə debüt edib

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Sloveniyanın "Olimpiya" komandasına qayıdıb.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis Lyublyana təmsilçisində qələbə ilə debüt edib. Onun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın II Divizion klubu "Rudeş"ə qalib gəlib - 2:0.

Prosineçki hər şeyin çox tez baş verdiyini bildirib: "Biz iki-üç günə razılıq əldə etdik. Sloveniyanın ən böyük klubunun yenidən zirvədə olması üçün hər şeyi edəcəyik. Komandanı xüsusən mənəvi cəhətdən qaldırmaq lazımdır. Bundan ötrü çoxillik köməkçilərim Qordan Tsipriç, Draqan Spasiç və qapıçılarla iş üzrə məşqçi Boban Baykoviçlə birlikdə çalışacağıq. 1,5 illik fasilədən sonra iş arzusu ilə alışıb-yanıram".

Sloveniya çempionatının sonuna 8 tur qalmış "Olimpiya" 3-cü yerdə gedir və lider "Maribor"dan 7 xal geri qalır.

Qeyd edək ki, Robert Prosineçki futbolçu kimi 2002/2003 mövsümündə "Olimpiya"nın formasını geyib və iki oyundan ibarət final mərhələsində vurduğu səfər qolu ilə (1:1, 2:2) komandaya Sloveniya Kubokunu qazandırıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi