Premyer Liqamızda yeni mövsümün başlayacağı tarix bəlli oldu

Premyer Liqamızda yeni mövsümün başlayacağı tarix bəlli oldu PFL-in qərarına əsasən yeni mövsüm avqustun 14-də başlayacaq
Futbol
2 İyun , 2021 13:29
Premyer Liqamızda yeni mövsümün başlayacağı tarix bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün start götürəcəyi vaxt bəlli olub.

"Report"un məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 14-də başlayacaq.

Qeyd edək ki, 2021/2022 mövsümündə çempionatda "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Qəbələ", "Keşlə" və "Səbail" klubları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi